WP: Tramp həftələrlə FTB-nin gizli sənədləri yoxlamasına müqavimət göstəribbackend

WP: Tramp həftələrlə FTB-nin gizli sənədləri yoxlamasına müqavimət göstərib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünə məxsus Mar-a-Laqo malikanəsində aparılan axtarışdan bir neçə ay əvvəl məxfi sənədləri ilə tanış olmaqla bağlı hüquq-mühafizə orqanlarının tələblərini geri çevirib.

KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, hələ aprelin 12-də Trampın vəkilləri Milli Arxivlər və Qeydlər Administrasiyasından (NARA) xüsusi məktub alıblar. Həmin məktubda eks-prezidentin prezidentlik müddəti bitdikdən dərhal sonra özü ilə apardığı məxfi sənədləri Federal Təhqiqatlar Bürosunun əməkdaşlarına vermək tələb olunub. Burada söhbət Ağ Evdən Mar-a-Laqoya götürülən 15 qutu sənəddən gedir. Onların öyrənilməsi üçün hazırkı prezidentin dəftərxanası tərəfindən də rəsmi müraciət göndərildiyi məlumdur. Dövlət arxivçisi Debra Uoll Trampın sənədlərin geri verilməsinə həftələrlə müqavimət göstərdiyini söyləyib.

Münaqişə sonda FTB-nin avqustun 8-də Trampın mülkünə basqın etməsi ilə nəticələnib. Axtarışda iştirak edən iki FTB əməkdaşı orada tapılan materialların bir hissəsinin “son dərəcə məxfi” olduğunu bildirib. Həmin sənədlərin ABŞ kəşfiyyat məlumatlarının toplanması üsulları ilə bağlı sirləri ehtiva etdiyi bildirilir. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*