Xaçmazda ağır yol nəqliyyat hadisəsi baş veribbackend

Xaçmazda ağır yol nəqliyyat hadisəsi baş verib

Hadisə Xaçmaz-Xudat yolunda qeydə alınıb.

KONKRET.az-ın Şimal bölgə müxbirinin verdiyi xəbərə görə, əks istiqamətdə hərəkət edən iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan ikisinin vəziyyəti yüngül olduğuna görə ambulator müalicə üçün evə buraxılıblar. Digər 2 nəfərin: 2002-ci il təvəllüdlü rayon sakini İskəndərova Cürriyyət Yağış qızı və 2004-cü il təvəllüdlü İskəndorova Nazlı Yağış qızının vəziyyəti ağır olduğu üçün onlar stasionar müalicə üçün xəstəxanaya çatdırılıblar.

Fakla əlaqədar Xaçmaz RPŞ-də araşdırma aparılır.

Cəlal Fərzəliyev

Bir cavab yazın