Xaçmazda dönərxanada zəhərlənmə – 17 yaşlı gənc öldübackend

Xaçmazda dönərxanada zəhərlənmə - 17 yaşlı gənc öldü

Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzindəki “Köhnə avtovağzal” adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.

Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*