Xaçmazda elektrik cərəyanı 55 yaşlı kişini vuraraq öldürdübackend

Xaçmazda elektrik cərəyanı 55 yaşlı kişini vuraraq öldürdü

Xaçmaz rayonunda kişini elektrik cərəyanı vurub.

KONKRET.az-ın məlumatına görə, hadisə Üçgün kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Murad Arif oğlu Qurbanəliyev yaşadığı evin həyətyanı sahəsində tövlədəki mal-qaraya baxarkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vuraraq öldürüb.

M.Qurbanəliyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma başlanılıb./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*