Xaçmazda şadlıq sarayında ölüm hadisəsibackend

Xaçmazda şadlıq sarayında ölüm hadisəsi

Xaçmazda şadlıq evində bədbəxt hadisə baş verib.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, hadisə “Aygün” şadlıq sarayında qeydə alınıb.

Həmin şadlıq sarayında fəhlə işləyən, 1967-ci il təvəllüdlü Rəşid Məmmədov toy zalının asma tavanına çilçıraq bağlayarkən yıxılıb.

Nəticədə 6 metr hündürlükdən mərmər döşəməyə düşən fəhlə hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*