Xankəndidə ATIŞMA – General dörd separatçıya ATƏŞ AÇDIbackend

Xankəndidə ATIŞMA - General dörd separatçıya ATƏŞ AÇDI

Xankəndidə separatçılar arasında atışma olub.

KONKRET.az xəbər verir ki, Qarabağda Rusiya sülhməramlılarının yerləşdirildiyi müvəqqəti məsuliyyət zonasında güllələnmə hadisəsi baş verib.

General Samvel Karapetyan (Oqanovski) Xankəndinin mərkəzi meydanında dörd gəncə atəş açıb.

Hadisə bu gün yerli vaxtla saat 19:10-da baş verib.

Hadisə yerinə baxış keçirilir. Təfərrüatlar araşdırılır.

Hələlik itkilər barədə məlumat verilmir.

Xatırladaq ki, Oqanovski 2008-ci il martın 1-də İrəvanın mərkəzində insanların güllələnməsi əməliyyatına da rəhbərlik edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*