Xankəndi Şəhər Polis Şöbəsinə polis rəisi təyin edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən , polis polkovniki Zaur Nəsirov Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunub.
Məlumatı DİN-in Mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.
Qeyd edək ki, polkovnik Zaur Nəsirov Göygöl rayon Polis Şöbəsinin rəisi olub, o, əslən Xankəndi şəhərindədir.