
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev xaricdən gələn və formalaşan müxalifətin ölkəyə daxil olmasına icazə verməyəcəyini deyib. Dövlət başçısı bunu Məhəmməd əl-Xorazmi adına məktəbdə gənclərlə görüşdə vurğulayıb.
“Müxalifət onlayn olaraq müzakirə olunur. Nə fayda verdi? “Prezident olaraq mən müxalifətə qarşı deyiləm, amma elə bir mühit yaratmalıyıq ki, ölkəmizdə görünsün ki, insanların problemlərini həll olunsun, bu problemləri qabardan və həlli yollarını gösrətərən qüvvələr olsun, buranın suyun içsin, çörəyini yesin, xaricdən təlimatlandırılmasın”.
Qeyd edək ki, bu, Şavkat Mirziyoyevin hakimiyyətə gəldikdən sonra siyasi müxalifət barədə ilk açıqlaması idi.
Bu həftə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müşahidəçiləri bəyan ediblər ki, Özbəkistandakı parlament seçkilərinin nisbətən azad olmasına baxmayaraq, sistemdəki dəyişikliklər müxalifətin yerini doldura bilmir.
Bundan əvvəl Senat sədrinin birinci müavini Sadıq Səfayev süni şəkildə yaradılan müxalifət partiyasından heç bir gözləntinin ola bilməyəcəyini deyib. Onun sözlərinə görə, əsas odur ki, bu cür partiyalar süni deyil, real olsun.
Bununla yanaşı, Özbəkistandakı institusional prosesin və qanunların müxalifətin təbii formalaşmasına məhdudiyyət qoyulmaması ilə bağlı vacibliyi qeyd edilib.