“Xarici kəşfiyyat orqanlarının əlinə işləmək bağışlanmaz səhvdir” – MÖVQEbackend

"Xarici kəşfiyyat orqanlarının əlinə işləmək bağışlanmaz səhvdir" - MÖVQE

Ayyət Əhməd, jurnalist

Belə vətəndaşlıq, belə mübarizə, belə media olmaz olsun!

Şahbazla Dilqəmi bu həddə çatdıran aidiyyəti dövlət qurumları və məmurlar nə qədər günahkardırlarsa, onlara meydan verib, ölkənin milli maraq və təhlükəsizliyini ayaqlar altına atan, ya vəlvələdən, ya da zəlzələdən xarici xüsusi xidmət orqanlarının informativ təminatçısına çevrilən media subyektləri 100 qat artıq müqəssirdirlər. Adam efirdə deyir: “Bütün sirləri açıb danışacağam…”

Axı dövlət sirrini yaymağa niyə imkan verilir? Ölkəmizin Şahbaz-Dilqəm məsələsi ilə bağlı illərdir, apardığı işi niyə şüşə kimi çilikləyib tökürsünüz İP, izləyici xatirinə… Etməgil! Axı biz jurnalist olmazdan öncə həm də bir vətəndaşıq, hər bir vətəndaş, özünü bu vətənin daşına çevirməyi bacarmalıdır. Şahbaz və Dilqəmin belə pinti, tör-töküntü açıqlamaları hansısa dövlət qurumunu, məmuru deyil, Vətənin sağlamlığını, səhhətini, siyasi, diplomatik və suveren immunitetini zədələyir axı… Vətən isə məmurun, dövlət qurumunun deyil, hamımızındır…

Birmənalı belədir: Şahbaz və Dilqəmə meydan verib, ölkənin hərbi, diplomatik və milli təhlükəsizliyinə dair sirlərini yayan, yaydıran media quruluşu da Şahbaz və Dilqəm qədər destruktivdir. Vəssalam! Peşəkar jurnalist və sağlam düşünə bilən vətəndaş bu sirləri xarici kəşfiyyat orqanlarının əlinə girəvə kimi verməməlidi idi. Bu, Vətənin onurğa sütununa balta çalmaqdır. Başqa adı yoxdur! Varsa da, siz deyin!

P.S. Artıq rəhbəri erməni olan fransızdilli saytlar tirajlayır bu xəbəri… İndi durun, kürəsəl Anti-Azərbaycan çağırışların qabağında… Belə vətəndaşlıq, belə mübarizə, belə media olmaz olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*