Xarkovda 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə fotosərgi açıldı – FOTObackend

Xarkovda 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə fotosərgi açıldı - FOTO

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə fotosərgi açılıb.

KONKRET.az xəbər verir ki, Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun təşkilatçılığı ilə açılan sərgidə 1990-cı il 20 Yanvar faciəsini əks etdirən fotolar nümayiş etdirilib. Paralel olaraq sərgi salonunda quraşdırılmış monitorlarda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Bakıda sovet ordusunun dinc əhaliyə qarşı həyata keçirdiyi qanlı faciəyə ilk siyasi qiyməti nümayiş olunub.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Xarkov şəhərində fəxri Konsulu Əfqan Salmanov 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik tarixində oynadığı roldan danışıb. Məlumat verib ki, hadisəyə ilk hüquqi qiymət ümummilli lider tərəfindən verilib və bu gün də 20 yanvar facisəsi qurbanları və onların ailə üzvləri dövlətin qayğısı ilə əhatə olunur. Əfqan Salmanov 20 Yanvar faciəsinin təkcə Azərbaycan xalqının deyil, ümumilikdə keçmiş ittifaq ölkəsinin tarixinin dəyişməsində, xalqların müstəqillik istəklərinin reallaşdırıllmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Daha sonra 20 Yanvar faiəsinin tarixindən bəhs edən qısametrajlı film nümayiş etdirilib. 20 Yanvar faciəsi və hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhramanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Buzok İnformasiya və sərgi mərkəzində nümayiş etdirilən fotolara baxış olub. Sərgi 24 yanvara qədər davam edəcək. Sərgiyə daha geniş diqqət cəlb etmək üçün Xarkov şəhərinin bir neçə yerində bilbortlar quraşdırılıb və müxtəlif elan vasitələri ilə ictimaiyyət məlumatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*