Rusiya Silahlı Qüvvələri Xarkovda televiziya qülləsinə hücum edib.
KONKRET.az xəbər verir ki, bu barədə Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
O bildirib ki, Rusiya ordusunun hücum etdiyi TV qülləyə Ukrayna hava hücumundan müdafiə antenası quraşdırılıb.
“İşğalçılar Xarkovda televiziya infrastrukturuna hücum ediblər, işçilər sığınacaqda olublar”, – deyə Oleq Sinequbov qeyd edib.
O əlavə edib ki, hazırda rəqəmsal televiziya siqnalında fasilələr var.
Burhan,
KONKRET.az