“Xəbəri eşidən kimi huşunu itirdi” – Terrorçu tacikin arvadı reanimasiyaya yerləşdirilibbackend

“Xəbəri eşidən kimi huşunu itirdi” - Terrorçu tacikin arvadı reanimasiyaya yerləşdirilib

Moskva yaxınlığındakı “Crocus City Hall” kompleksində terror aktı törətməkdə təqsirləndirilən Dalerjon Mirzoyevin həyat yoldaşı baş verənləri öyrəndikdən sonra xəstəxanaya yerləşdirilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Mirzəyevin valideynlərinin qonşusu danışıb.

“Terror aktı ilə bağlı xəbəri eşidəndə dərhal huşunu itirib və hələ də xəstəxanada reanimasiyadadır”, – deyə qonşu bildirib.

Xatırladaq ki, martın 22-də “Piknik” qrupunun konsertindən əvvəl “Crocus”da törədilmiş terror aktı nəticəsində 144 nəfər həlak olub, 695 nəfər yaralanıb, 95 nəfər itkin düşmüş hesab olunur.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*