Tanınmış jurnalist Xədicə İsmayıl koronavirusa yoluxub.
KONKRET.az-ın xəbərinə görə, COVID-19 infeksiyasına yoluxması barədə jurnalistin özü məlumat verib.
X.İsmayıl bunları qeyd edib:
“Yoluxmuşam. Hələ ki vəziyyət yaxşıdır. Müalicəyə başlamışıq (vitaminlər C+D+Zc, kardioaspirin, kleksan və favipiravir). Nə öskürək, nə qızdırma var. Saturasiya da qaydasında.
Simptomlar: Burnumda danışıram. Soyuq tər. İybilmə yoxdur. Ümumi dadları (şirin, duzlu, turş) hiss edirəm, amma spesifik dadları yox. Məsələn, iki meyvə şirəsini gözübağlı fərqləndirə bilmərəm. (Mənim üçün ciddi itkidir).
Özünüzü qoruyun”.