“Xəmsə” hazırlıq kursundan uşaqların qamçı ilə döyülməsinə REAKSİYA – VİDEObackend

"Xəmsə" hazırlıq kursundan uşaqların qamçı ilə döyülməsinə REAKSİYA - VİDEO

Sumqayıtda müəllimin uşaqları qamçı ilə döyməsini əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə narazılıq doğuran videonun şəhərdə fəaliyyət göstərən “Xəmsə” tədris mərkəzində lentə alındığı məlum olub.

KONKRET.az  yayılan görüntülərlə bağlı mərkəzin rəhbərliyi ilə əlaqə saxlayıb.

Müdir əvəzi Amaliya Əliyeva bildirib ki, Elşad Qurbanov adlı həmin müəllim hazırda onların kursunda işləmir:

“Hadisə pandemiya dövründə baş verib. Biz həmin vaxt müəllimə otaq icarəyə vermişdik, riyaziyyat fənnini tədris edirdi. Yəni o, bizim mərkəzin müəllimi deyil. Hadisə çoxdan baş versə də, görüntülər indi yayılıb”.

Kursun rəsmisi əlavə edib ki, baş verən hadisədən öncə xəbərdar olmayıblar:

“Hadisədən biz də indi xəbər tutmuşuq. O müəllimin dərsləri mart ayından yekunlaşıb və çıxıb gedib. Hadisə ilə bağlı bizə heç bir şikayət daxil olmayıb. Niyə belə etdiyi haqda dəqiq heç nə deyə bilmərik. Amma hazırladığı uşaqlar arasında yüksək nəticə əldə edənlər çox olub”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*