Xərçəngdən əziyyət çəkən qazimizə kömək üçün hesab nömrəsi açıldı – FOTOLARbackend

Xərçəngdən əziyyət çəkən qazimizə kömək üçün hesab nömrəsi açıldı - FOTOLAR

Vətən müharibəsində xərçəng xəstəliyinə tutulan qazi ordudan tərxis olunandan sonra Milli Onkologiya Mərkəzində əməliyyat olunub və kimyaterapiya qəbul edib. Əvvəlcə bədənindəki şişin ölçüsü azalsa da, sonradan sürətlə artmağa başlayıb. 

KONKRET.az xəbər verir ki, qazimiz Türkiyədə müalicəsinin olduğunu, lakin maddi imkanı olmadığını, ona hər hansı dövlət orqanı tərəfindən köməklik olunmadığını bildirib:

“İlk üç kimyaterapiyadan sonra şişin ölçüsü 50 faizədək azaldı. Lakin sonrakı terapiyaların köməyi olmadı, ölçü get-gedə böyüdü və iki həftə əvvəl KT-də şişin ölçüsünün 14 sm olduğu ortaya çıxdı. Milli Onkologiya Mərkəzində məni yenidən kimyaterapiya etmək istəyirlər, amma effektini görmədiyimə görə yaxın durmaq istəmirəm. Mənim yaxınlarımda da bu xəstəlik olub və Türkiyədə müalicə alıblar. Onların vasitəsilə buradakı müayinə cavablarını Türkiyəyə göndərmişəm və həkimlər pozitiv danışır, müalicə edə biləcəklərini deyirlər. Amma təcili ora getməliyəm. Hazırda dostlarım bilet alıblar, sentyabrın 14-də Ankaraya – Gülhanə Hərbi Tibb Akademiyasına yola düşməliyəm”.

Qazi hazırda Bakıda kirayədə qaldığını, aylardır davam edən müalicə xərclərini qarşılaya bilmədiyini deyir. Onun sözlərinə görə, dostları kart hesabı açıb müalicəsinə bacardıqları qədər dəstək olurlar. Bildirir ki, bu dəstək də müəyyən yerə qədərdir:

 “Mən “YAŞAT” Fonduna müraciət elədim. Bildirdilər ki, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilən şəhadətnamədə xəstəliyimin hərbi xidmət dövründə alınan xəstəlik olduğu yazılıb. Dedilər ki, burada bir cümlə dəyişdirilərək “Azərbaycanın suverenliyi uğrunda gedən döyüşlərdə alınmış xəstəlik” olduğu yazılsa, köməklik oluna bilər. Əslində mənə hərbi hissədən verilən təltifnamələrdə, hərbi biletimdə haralarda döyüşdüyüm haqqında yazılıb, mahiyyət dəyişmir. O cümləni dəyişmək üçün Müdafiə Nazirliyinə müraciət etməliyəm, cümlə dəyişdiriləndən sonra müəyyən vaxt keçəcək, sonra yenə Fonda müraciət etməliyəm. Ondan sonra müraciətə baxılacaq və mənə cavab veriləcək. Məndə isə şiş get-gedə böyüyür və günü-günə satmaq istəmirəm. Qorxuram ki, metastaz verər”.

Qazi İlqar Məmişov kömək üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edərək müalicəsinin nəzarətə götürülməsini istəyir.

Qazinin problemləri haqda qafqazinfo Müdafiə Nazirliyinə və “YAŞAT” Fonduna da sorğu ünvanlayıb.

Qeyd edək ki, qazidə üçüncü dərəcəli sol xaya xərçəngi aşkarlanıb və bu il yanvarın 8-də Milli Onkologiya Mərkəzində əməliyyat olunaraq sol xayası götürülüb. 31 yaşlı qazi İlqar Məmişov iyul döyüşlərindən sonra könüllü olaraq qeydiyyatdan keçib və sentyabrın 29-dan Vətən müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. İlqar Məmişov ailəlidir, bir övladı var.

İlqar Məmişova kömək etmək istəyənlər aşağıda qeyd edilən bank hesablarına mədaxil edə bilərlər: 

 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*