Xətai ilə bağlı NÖVBƏTİ QALMAQAL: “Fars hökmdarı” kitabının üz qabığına fotosu niyə vurulub?backend

Xətai ilə bağlı NÖVBƏTİ QALMAQAL: “Fars hökmdarı” kitabının üz qabığına fotosu niyə vurulub?

Alim Hamid Dabaşinin “Fars hökmdarı” adlı kitabının üz qabığında Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətainin təsvirinin yer alması müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, müzakirələr əsasən kitabın adı ilə üz qabığında istifadə olunan tarixi şəxsiyyətin fotosu arasındakı uyğunsuzluqla bağlıdır.

Müzakirələrdə qeyd olunur ki, Şah İsmayıl yalnız dövlət xadimi kimi deyil, həm də “Xətai” təxəllüsü ilə yazan şair olaraq tanınır və onun əsərlərinin mühüm hissəsi türk dilindədir.

Bu səbəbdən bəzi oxucular hesab edir ki, onun “fars hökmdarı” kontekstində təqdim olunması tarixi və mədəni kimlik məsələsi baxımdan doğru deyil.

Mütəxəssislər bildirirlər ki, orta əsr hökmdarlarının mənsubiyyəti, dili və siyasi irsi mövzusu tarixşünaslıqda tez-tez müzakirə olunur.

Mütəxəssislərin sözlərinə görə, belə təqdimatlar təkcə tarixi faktlarla deyil, həm də mədəni baxışlarla əlaqəli şəkildə qiymətləndirilir.

Kitab isə ümumilikdə hökmdar obrazının formalaşması və siyasi düşüncə tarixindəki yeri barədə araşdırma kimi təqdim olunur.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*