Hər birimizin müxtəlif cəhətlərə malik olduğunu bilirik. Birimiz çılğın, kimi fağır, birimiz qəddar, kimi də mərhəmətlidir. Bu dəfə elə mərhəmət, daha doğrusu, bağışlamaq, lap dəqiqləşdirsək, xəyanəti əfv etmək barədə danışacağıq.
KONKRET.az xəbər verir ki, astroloqların fikrincə, bürclərdən bəziləri xəyanəti bağışlayır, digərləri əhəmiyyət vermir, kimisi unutmuş kimi göstərir, amma kinli qalır, müəyyən qismi isə, ümumiyyətlə, bağışlamır.
Buğa
– Onların etibarını qazanmaq çətindir;
– Güvənsə, bütün sirlərini sizinlə bölüşəcək;
– Səmimilik və sevgisi sərhəd tanımır;
– Əvəzində sədaqət və anlayış tələb edir;
– Satqınlığa görə, həmin insanı həyatından silir.
Əqrəb
– Yaşamaq istəyirsinizsə, ona xəyanət etməyin;
– Qisascıllığı sərhəd tanımır;
– Heç kimə heç nəyi bağışlamır;
– Mübahisələrdən həzz alır;
Şir
– Xəyanət barədə məlumatlananda gözəl gedişlər onlara aiddir;
– Səhv-düz axtarmayacaqlar, sadəcə, xainin əşyalarını qapıya qoyacaqlar, ya da öz əşyaları ilə çıxacaqlar;
– Yeni həmdəm tapmaq elə də çətin olmayacaq;
– Xəyanət edənlə əlaqəni tam kəsməyəcək. Çünki onu peşman etmək üçün öz yüksəlişini nümayiş etdirməlidir.
Qoç
– Xəyanəti heç vaxt əfv etmir;
– Belə ki, qoçlar sevəndə vəfalı olurlar və eyni münasibəti tələb edirlər;
– Özlərinə ehtiyac duyan birini axtarırlar;
– Xəyanətlə üzləşsə, bütün qəzəbini çıxardacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az