Xəzər dənizi ikiyə bölünəcək – Alimdən ŞOK proqnozbackend

Xəzər dənizi ikiyə bölünəcək – Alimdən ŞOK proqnoz

Son illərdə Xəzər dənizində suyun çəkilməsi çox ciddi narahatlığa səbəb olub. Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlı AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları da bədbin proqnozlar verməkdədirlər.

KONKRET.az “Ölkə.az”a istinadla xəbər verir ki, Coğrafiya İnstitutunun elmi əməkdaşı Mirnuh İsmayılov Xəzər dənizində çəkilmələrin səbəbini tektonik proseslərlə əlaqələndirir.

“Xəzər dənizi aktiv tektonik bölgədə yerləşir. Çünki Qafqaz dağları cavan dağ hesab edildiyindən burada dağ əmələgəlmə prosesi başa çatmayıb. Yəni dağəmələgəlmə prosesi davam etdiyindən də Xəzərin suyunun çəkilmə prosesini müşahidə edirik. Tektonik proseslər isə uzun müddətlidir”, – mütəxəssis qeyd edib.

AMEA əməkdaşı hesab edir ki, tektonik proseslərin nəticəsi olaraq Xəzər dənizinin ikiyə bölünəcək:

“Yerində iki göl qalacaq. Biri şimal hissədə Dərbənd çökəkliyində, digəri isə cənubda Lənkəran çökəkliyində. Bir daha qeyd edirəm ki, bu uzun zamandan sonra baş verəcək”, – İsmayılov qeyd edib.

Coğrafiya İnstitutunun digər əməkdaşı Elnur Cəfərov isə hesab edir ki, müəyyən zamandan sonra Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində su sahildən 30 km-dək çəkiləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*