XİN-dən Qəzzada atəşkəs qərarına – Reaksiyabackend

XİN-dən Qəzzada atəşkəs qərarına - Reaksiya

“Qəzzada atəşkəsin təmin olunması, girov və məhbusların azad edilməsi, humanitar yardımın Qəzzaya maneəsiz şəkildə çatdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində əldə edilmiş razılaşmanı alqışlayırıq”.

KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımında bildirilib.

“Ümid edirik ki, razılaşmanın bütün mərhələləri lazımı şəkildə həyata keçiriləcək və regionda ədalətli və davamlı sülhün təmin olunması üçün səylər artırılacaq. Bu nəticənin əldə olunmasına vasitəçilik edən Amerika Birləşmiş Ştatları, Türkiyə, Qətər və Misirin səylərini təqdir edirik”, – deyə paylaşımda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*