Restoranda yanğın: 45 sakin təxliyə olundu – YENİLƏNDİbackend

Restoranda yanğın: 45 sakin təxliyə olundu – YENİLƏNDİ

Xəbər verildiyi kimi, ötən gecə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 m² olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 m² sahədə yanıb.

Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2400 m² olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasından ümumilikdə 45 nəfər sakin təxliyə olunub.

***
Xırdalan şəhərində baş vermiş yanğın tam söndürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb”, – FHN-in məlumatında qeyd olunub.

***
Abşeron rayonu, Xırdalan qəsəbəsində güclü yanğın başlayıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə AAF Park yaşayış kompleksinin ərazisindəki restoranda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Xəsarət alanların olub-olmaması hələ ki, bilinmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*