Ermənistanın işğalından azad edilən Xocavənd şəhərinə ilk köç olacaq.
KONKRET.az xəbər verir ki, dekabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocavəndə qayıdacaq sakinlər arasında evlərin bölgüsünə dair püşkatma keçirilib.
Keçmiş məcburi köçkünlərin ilk qrupu yaxın günlərdə doğma yurdlarına yola salınacaqlar.
Bundan başqa, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə də köç olacaq. Adıçəkilən yaşayış məntəqəsinin sakinləri arasında da evlərin bölgüsünə dair püşkatma mərasimi keçirilib.
Qeyd edək ki, Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi anti-terror əməliyyatları nəticəsində Xocavənd şəhəri işğaldan azad edilib. (yeni sabah)
