Xoşqədəm Hidayətqızının bacısı oğlu yeni vəzifəyə təyin edildi – FOTObackend

Xoşqədəm Hidayətqızının bacısı oğlu yeni vəzifəyə təyin edildi - FOTO

Qida Təhlükəsizliyi Agentliyində növbəti kadr təyinatı baş tutub.

KONKRET.az mansetaz-a istinadən xəbər verir ki, müvafiq əmrlə Samir Mehralıyev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri vəzifəsinə təyin edilib.

O, son təyinatdan əvvəl Qida Təhlükəsizliyi Agentliyində fəaliyyət göstərib və bir sıra digər dövlət qurumlarında da çalışıb. S.Mehralıyev əvvəllər Sabunçu Gənclər Evində direktor vəzifəsində çalışıb, həmçinin Gənclər və İdman Nazirliyində fəaliyyət göstərib.

Qeyd edək ki, Samir Mehralıyev Əməkdar jurnalist, məşhur “Səni axtarıram” layihəsinin aparıcısı Xoşqədəm Hidayətqızının bacısı oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*