Metronun intervalında yubanmalar varbackend

Metronun intervalında yubanmalar var

Hazırda Bakı metrosunun Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Bildirilib ki, intervallar qısa müddətdə bərpa olunacaq.

Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb.

“Yaranmış narahatlığa görə sərnişinlərimizdən üzr istəyirik!”, – deyə məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*