“Tərəflər ilkin şərt olmadan danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Ermənistan XİNbackend

“Tərəflər ilkin şərt olmadan danışıqları davam etdirmək barədə razılığa gəliblər" - Ermənistan XİN

İrəvan və Ankara diplomatik kanallar vasitəsilə xüsusi elçilərin növbəti görüşünün tarixini və yerini müəyyən edəcəklər.

KONKRET.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin Moskvada keçirilən ilk görüşü barədə məlumat yayıb. Məlumatda Ruben Rubinyanla Sərdar Kılıç arasındakı görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi qeyd olunub:

“Xüsusi nümayəndələr Ermənistan və Türkiyə arasında dialoq yolu ilə normallaşma prosesi haqda ilkin fikir mübadiləsi aparıblar. Tərəflər tam normallaşma üçün ilkin şərt olmadan danışıqları davam etdirmək barədə razılığa gəliblər” – deyə Ermənistan XİN-in bəyanatında bildirilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*