Xüsusi təyinatlı ali məktəblərə qəbul balı açıqlanıb.
KONKRET.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
“Biz xüsusi təyinatlı ali məktəblərin qəbul planını elan etmirik. Yalnız onu deyə bilərəm ki, artıq bu siyahıların hamısı müvafiq ali məktəb və akademiyalara göndərilib. Polis Akademiyasında minimal keçid balı 439,3, maksimal bal isə 643 bal olub. Orada plan kifayət qədər böyükdür. Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının hüquqşünaslıq ixtisası üzrə plan yerləri təqdim olunub. Ora keçid balı 541 təsdiqlənib. Daxili Qoşunların Ali Hərbi Məktəbinə da ilkin siyahılar göndərilib. Polis Akademiyasına qəbul olmaq üçün mandat komissiyasından keçən və 439 baldan aşağı nəticə göstərənlər də Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil almaq istəsələr ora ərizə ilə müraciət edə bilərlər”, – DİM sədri vurğulayıb.
Salam,mən hüquqşünaslıq fakultəsinə necə keçid edə bilərəm,qızam,10 cu sinifəm,nə edə bilərəm?
Hələ gərək siz 11 çi sinifi bitirəsiz
*salam mən DTX olmaq istəyirəm necənci qrup oldugunu deyə bilərsiniz*
3cü qrupdur
Dtx hazirlasmaq isteyirem
Salam.İnformasiya təhlükəsizliyi üzrə qızların qəbulu var?
İnformasiya təhlükəsizliyi üzrə bal neçedir? Birde boy max neçe olmalıdır?bele bir qayda var?
Mənim oğlum 9 sinifdir DTX istəyir minimal bal neçədir və maksimal bal neçədir deyə bilərsiniz zəhmət olmasa
Mənim oğlum DTX-yə getmək istəyir zəhmət olmasa deyə bilərsiniz minimal və maksimal keçid balını deyə bilərsiniz?
Salam qızlarda DTX da hüquq tehsili ala bilir?
Salam.mən DTX ni oxumaq istəyirəm.9 cu sinifəm.mən 11 ci sinifdən qəbul üçün nə etməliyəm?
Salam, nə üçün DTX ünivesitetinin adı abityriyent jurnalında yoxdur?
Salam 15 yaşım var boyum 184 dtx qəbul olmaq istəyirəm
Polis akademiyasının 2024 keçid balı nədir 3 cü qrup üzrə ?
Dtx keçif balı neçədir 2024cü ildə?
Detexa neçə baldır
Salam özüm 11-ci sinif şagirdiyəm və DTX akademiyasında təhsil almaq istəyirəm. Təxmini bal nə qədərdir?
Dtx qebul üçün hara senet vermek lazımdır?
Yaşayış yeri üzre hara germek lazımdır?
Salam, 3qrup DTX akademiyasının bu ilki (2024) minimum balı nə qədər olub?
Mən 9 cu sinifəm DTX ya qəbul olmaq istəyirəm ən az balı bilmək istəyirəm
salam, Dövlət Təhlükəsizlik Xidməti Akademiyasının “İnformasiya təhlükəsizliyi” ixtisası ilə maraqlanıram, mənim fikrimcə ballar ən yüksəkdən azalan formada seçilir, 450-550 bal arası DİM imtahan nəticəsi ilə qəbul olmaq şansım var? və qeydiyyat sənəd işləri Dekabrın 10-da başa çatıb…
Salam 1 ci qrup üzre Dtx neçe baldı?
Salaam