Yağış, qar, külək – PROQNOZbackend

Yağış, qar, külək - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.

Axşam isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11, gündüz 14-16 dərəcə olacaq. Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*