Yağış yağıb, külək əsib – FAKTİKİ HAVAbackend

Yağış yağıb, külək əsib - FAKTİKİ HAVA

Fevralın 15-i saat 10:00-a əsasən gecə saatlarında ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Şahbuzda 7, Şərurda 6, Ordubad, Sədərəkdə 4, Astara, Naxçıvanda 2, Culfa, Yardımlı, Lənkəran, Daşkəsəndə 1 mm-dək qeydə alınıb.

Qərb küləyi əsib, küləyin maksimal sürəti Kəlbəcərdə 27, Şahdağda 25, Bakıda və Abşeron yarımadasında 21, Culfa, Daşkəsəndə 20, Goranboyda 19, Mingəçevir, Naftalan, Şamaxıda 18, Lerikdə 17, Qobustan, Altıağac, Yardımlıda 16, Şəkidə 15 m/s-dək güclənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*