Yanğın “Recep İvedik“in evinə YAXINLAŞDI – Təyyarə göndərilməsini İSTƏDİbackend

Yanğın “Recep İvedik“in evinə YAXINLAŞDI - Təyyarə göndərilməsini İSTƏDİ

Türkiyədə davam edən yanğın “Recep İvedik” obrazı ilə məşhurlaşan Şahan Gökbakarın evinə yaxınlaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında görüntülər paylaşan aktyor əraziyə təyyarə göndərilməsini istəyib.

Lakin aktyorun bu addımı insanların sərt tənqidinə səbəb olub.

Onlar aktyoru eqoist adlandıraraq məşhurluğundan istifadə etdiyini bildiriblər.

Öz növbəsində, Şahan Gökbakar tənqidlərə cavab verib:

“Evim hələ yanğın təhlükəsində deyil, ancaq yanmağını görmək istəyənlər üçün də həmin gün gələndə, heç kimdən kömək istəməyəcəyəm!”

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*