“Binə” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
KONKRET.az APA-ya istinadən bildirir ki, bu barədə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri bildirib.
Qeyd olunur ki, xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.