Yanukoviçin xalqdan oğurladığı 1.5 milyard dollar geri qaytarılırbackend

Yanukoviçin xalqdan oğurladığı 1.5 milyard dollar geri qaytarılır

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Ukrayna xalqından oğurladığı 1.5 milyard dollar vəsait dövlət büdcəsinə qaytarılır.

KONKRET.az-ın Ukrayna mediasına istinadən xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər nazirinin müavini Yevgeniy Yenin “Dom” telekanalının efirində məlumat verib.

Y.Yenin bildirib ki, məbləğin 1 milyard 300 milyon dolları xalqa nağd şəkildə, 200 milyon dollar qiymətli kağız şəklində qaytarılacaq:

“Dövlət büdcəsinə 1,5 milyard dolların geri qaytarılmasında fəal iştirak etdim. Bu, hansısa mifik qiymətli kağızlar deyil. Nağd şəkildə 1 milyard 300 milyon dollar, təxminən 200 milyon dollar dəyərində olan Ukraynanın qiymətli kağızlarıdır. Biz ABŞ-la ikitərəfli münasibətlər tarixində ilk dəfə Birləşmiş Ştatlar torpaqlarından 600 min dollar geri qaytardıq” – deyə nazir müavini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*