Hakim Yeni Azərbaycan Partiyası siyahısını açıqladıqdan sonra, namizədlərinin təftişi başlayıb. Xüsusilə, jurnalistlər Yeni Azərbaycan Partiyasının siyahısında olan namizədlərlə bağlı axtarışlar verirlər.
KONKRET.az xəbər verir ki, hazırda Avropada yaşayan jurnalist Cavanşir Həsənli öz sosial media hesabından bu mövzuda maraqlı məlumatlar yaymaqdadır.
Jurnalistin iddiasına görə, “YAP-ın deputatlığa namizədlərindən biri olan “Embawood’ şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. İşadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir”.