Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin qız nəvəsinin qalmaqallı toy mərasimi hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəziyyəti gərginləşdirib.
R.Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin toy sahibi kimi karantin rejiminin pozulmasına görə təqsirləndirilərək 15 sutka həbs edilməsi, mərasimə qonaq qismində qatılan YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzova töhmət verilməsi, ardınca onun partiyadakı vəzifəsindən istefa verməsi, YAP-ın rəhbər strukturunda təmsil olunan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun, eks-Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun cərimələnməsi bu gərginliyi artıran səbəblərdir.
Üstəlik Ramiz Mehdiyevin də olaylara səssiz qalmaması, dünən qəzəbli açıqlama və bəzi mesajlar verməsi, üstüörtülü hədələməsi, eyni zamanda YAP rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən bəzi deputatların qarşılıqlı ittihamlarla çıxış etməsi partiyada ciddi dəyişikliklər olacağı ehtimalını qüvvətləndirib.
Bu məsələni gündəmə gətirən digər səbəbləri də unutmaq olmaz: partiyanın üzvü olan bəzi icra başçıları, onların müavinləri olan YAP-ın rayon təşkilatının sədrləri, digər vəzifəli şəxslər həbs ediliblər, barələrində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələrlə cinayət işi açılıb.
Bütün bunlar YAP-ın imicinə ciddi zəbə vurub.
Proseslərin gedişi və baş verənlərin təhlili də göstərir ki, Yeni Azərbaycan Partiyası növbədənkənar qurultaya gedə bilər. YAP sədri, Prezident İlham Əliyev də bundan öncələr hakim partiyada struktur islahatlarının vacibliyini vurğulamışdı.
YAP-ın İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun açıqlamasını da yaddan çıxarmayaq: “Həbs olunan icra başçılarının hakim Yeni Azərbaycan Partiyasının üzvü ölması bizi məyus edir. YAP çalışır ki, bu cür xasiyyətləri xoş olmayan insanlardan xilas olsun”.
Deyəsən YAP-da gözlənilən ciddi islahatların vaxtı-vədəsi artıq yetişib, hətta bu, labüdləşib.Son hadisələr YAP-da dəyişikliklər məsələsini yenidən gündəmə gətirməklə yanaşı, partiya üzvləri arasında əsəbləri də tarıma çəkib, ikitirəlik yaradıb.
Söhbət təbii ki, YAP-ın rəhbər strukturlarında ehtimal olunan dəyişikliklərdən gedir. Məlum toy qalmaqalından sonra yaranmış gərginlik bəzi köhnə YAP-çıların rəhbər strukturlarda təmsilçiliyini sual altına düşürüb.
Bu aralar partiyada islahatlar aparılmalısının vacibliyi ayrı-ayrı YAP-çılar tərəfindən də tez-tez səsləndirilir. Məsələn, YAP Siyasi Şurasının üzvü, sabiq deputat, eks-icra başçısı Musa Musayev vaxtaşırı bu tələblə çıxış edənlərdəndir. Onun iki gün öncəki açıqlamasında bu tələb bir daha gündəmə gətirilib.
“Partiyamıza qara niyyətlə gələnlər, öz şəxsi mənafeyini YAP-ın mənafeyindən üstün tutanlar, mənəm-mənəmlik iddiası ilə yaşayanlar ciddi cəzalanmalı və YAP-ın sıralarından uzaqlaşdırılmalıdırlar! YAP-da satqınlara, xəyanətkarlara, əqidəsizlərə, yaltaqlara, mövqesizlərə yer olmamalıdır! Cinayət və xəyanət olan yerdə cəza tədbiri görülməzsə, onda vətəndaşlarda partiyamıza qarşı inamsızlıq yarana bilər .
Bir daha deyirəm, yaxın günlərdə YAP-ın bütün rəhbər qurumlarında islahatlar aparılmalıdır, buna ciddi ehtiyac var”, – Musa Musa Musayev bildirib.
İslahat tərəfdarları olan YAP-çılar bildirirlər ki, əgər partiya növbədənkənar qurultaya getsə, bəzi yaşlı simaların, korrupsiya və rüşvətə görə həbsə düşənlərin, nöqsanlara görə vəzifədən kənarlaşdırılanların partiyanın rəhbər strukturlarından çıxarılacağı istisna deyil.Məlumdur ki, YAP-ın rəhbər strukturları – İdarə Heyəti, Siyasi Şura, İcra katibliyi hakim partiyanın qurultaylarında formalaşdırılır. Onda dəyişikliyə gediləcəksə, növbədənkənar qurultay çağırıla bilər. Xatırladaq ki, YAP-ın sonuncu – VI qurultayı 2018-ci il fevralın 8-də keçirilmişdi.
Qeyd edək ki, YAP-ın Siyasi Şurası 84 nəfərdən ibarətdir. Siyasi Şura üzvlərinin 20-si həm də İdarə Heyətinin üzvləridir.
Bəs YAP növbədənkənar qurultaya getsə, kimlər rəhbər strukturlardan çıxdaş edilə bilər?
YAP İdarə Heyəti və Siyasi Şura üzvlərinin siyahısını təqdim edirik. Siyahılara nəzər yetirməklə bu şəxslərdən kimlərin partiyanın rəhbər strukturlarından kənarlaşdırla biləcəyini təxmin etmək olar. Son hadisələr suları bir qədər durultdu…
İdarə Heyəti:
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
Hacıbala Abutalıbov – müvəqqəti işləmir
Əli Əhmədov – Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi
Vaqif Əliyev – Mədəniyyət və Turizm nazirinin I müavini
Mehriban Əliyeva – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini
Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri
Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini
Əli Həsənov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor
Əli Həsənov – Yeni Azərbaycan Partiyasının Sədr müavini
Yusif Hümbətov – «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri
Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
Eldar İbrahimov – Milli Məclisin deputatı
Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
Mübariz Qurbanlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini
Abel Məhərrəmov – akademik
Bahar Muradova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Siyavuş Novruzov – Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İcra katibinin müavini
Arif Rəhimzadə – müvəqqəti işləmir
Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri
Mixail Zabelin – Milli Məclisin deputatı.
Siyasi Şura:
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
İsmət Abasov – təqaüdçü
Əli Abbasov – Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri
Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti
Vaqif Abdullayev – müvəqqəti işləmir
Fatma Abdullazadə – təqaüdçü
Hacıbala Abutalıbov – təqaüdçü
Elnur Aslanov – müvəqqəti işləmir
Hüseynqulu Bağırov – müvəqqəti işləmir
Azad Balayev – Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini
Tahir Budaqov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
Yaqub Eyyubov – Baş nazirin birinci müavini
Ağaəli Əhmədov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
Əli Əhmədov – Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi
Namiq Əhmədov – Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri
Sədrəddin Əkbərov – müvəqqəti işləmir
Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Cəmil Əliyev – Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb xidmətinin rəisi, Milli Onkologiya Elmi Mərkəzinin direktoru
Əlibaba Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
Firdovsi Əliyev – Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
Qafar Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı
Vaqif Əliyev – Mədəniyyət nazirinin I müavini
Vilayət Əliyev – Azərbaycan Dövlət Pedoqoji Universitetinin birinci prorektoru
Yaqub Əliyev – Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri
Mehriban Əliyeva – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini
Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri
Akif Əlizadə – Yeni Azərbaycan Partiyasının Sədr müavini, AMEA Geologiya İnstitutunun direktoru
Əli Əsədov – Azərbaycan Respublikasının Baş naziri
Oqtay Əsədov – Milli Məclisin deputatı
Ağabəy Əsgərov – «Azərbaycan» nəşriyyatının baş direktoru
Asif Əsgərov – Nəsimi rayon İcra Hakimiyyətinin başçısı
Şahlar Əsgərov – Bakı Dövlət Universitetinin professoru
Ziyafət Əsgərov – Milli Məclisin Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Abdin Fərzəliyev – Nərimanov rayon İcra Hakimiyyətinin başçısı
Asəf Hacıyev – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi
İsa Həbibbəyli – Milli Məclisin deputatı, AMEA-nın birinci vitse-prezidenti
Əli Həsənov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor
Əli Həsənov – Yeni Azərbaycan Partiyasının Sədr müavini
Yusif Hümbətov – «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri
Aydın Hüseynov – Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri
Hicran Hüseynova – Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Vaqif Hüseynov – müvəqqəti işləmir
İradə Hüseynova – Bakı Dövlət Universitetinin professoru
Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
David İbrahimxəlilov – Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri
Məlahət İbrahimqızı – Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri
Eldar İbrahimov – Milli Məclisin deputatı
Sudeyf İmamverdiyev – Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri
Nazim İsmayılov – müvəqqəti işləmir
Süleyman İsmayılov – Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Mirkazım Kazımov – «Qasid» firmasının prezidenti
Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri
Elmar Qasımov – Bakı Ali Neft Məktəbinin rektoru
Sədaqət Qəhrəmanova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
Xeyrəddin Qocayev – Prezident təqaüdçüsü
Musa Quliyev – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
Samirə Quliyeva – YAP Gənclər Birliyi sədrinin müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetində sektor müdiri
Mübariz Qurbanlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini
Yaqub Mahmudov – Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru
Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
Abel Məhərrəmov – akademik
Rafiq Məmmədhəsənov – müvəqqəti işləmir
Novruz Məmmədov – Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektor
Ramin Məmmədov – Milli Məclisin deputatı, YAP Gənclər Birliyi sədrinin müavini
Şahin Məmmədov – Masallı rayon İcra Hakimiyyətinin başçısı
Gülçöhrə Məmmədova – Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
Misir Mərdanov – Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru
Aydın Mirzəzadə – Milli Məclisin deputatı
Bahar Muradova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Musa Musayev – müvəqqəti işləmir
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri
Siyavuş Novruzov – Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İcra katibinin müavini
Seymur Orucov – Ağstafa rayon İcra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri
Hüseyn Paşayev – Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri
Hadı Rəcəbli – müvəqqəti işləmir
Arif Rəhimzadə – müvəqqəti işləmir
Vüqar Rəhimzadə – «İki sahil» qəzetinin baş redaktoru
Dilarə Seyidzadə – təqaüdçü
Aynur Sofiyeva – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri
Rizvan Vahabov – müvəqqəti işləmir
Misirxan Vəliyev – Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı
Mixail Zabelin – Milli Məclisin deputatı.
/modern.az/