YAP müxalif rəqiblərinin qarşısına hansı namizədlərlə çıxdı? – ADLAR+DAİRƏLƏRbackend

YAP müxalif rəqiblərinin qarşısına hansı namizədlərlə çıxdı? - ADLAR+DAİRƏLƏR

Yeni Azərbaycan Partiyası (YAP) deputatlığa namizədlər siyahısını açıqlayıb. Hakim partiya mövcud 125 Seçki Dairəsinin hər biri üzrə namizədinin kimliyinə aydınlıq gətirib.

Maraqlıdır, görəsən müxalif partiya liderlərinin seçidəki YAP-çı rəqibləri kimlərdir?

KONKRET.az mövzu ilə bağlı araşdırmasını təqdim edir:

43 saylı ikinci Seçki Dairəsindən namizədliyini irəli sürmüş Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu YAP üzvü Tahir Mirkişili ilə rəqib olacaq.

Ailə tərbiyəsi görmüş hər kəs belə etməlidir” – Mirmahmud Mirəlioğlu Yeni  Sabah

5 saylı Babək – Naxçıvan – Culfa Seçki Dairəsində deputatlığa namizəd olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun YAP-dan olan rəqibi isə Ülviyyə Həmzəyevadır.

Sərdar Cəlaloğlu: “Əsli erməni qızıdır” Pravda.az

Ağ Partiyanın sədri Tural Abbaslı 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsində YAP üzvü Məlahət İbrahimqızı ilə yarışacaq.

Tural Abbaslı kimə səs verəcəyini açıqladı - VİDEO | KONKRET

Hakim partiya 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsində Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin qarşısına Kamal Cəfərovu çıxarıb.

Pənah Hüseyn Sərdar Cəlaloğluna cavab verdi: Parlamentə düşmək üçün...

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev ilə YAP üzvü Nərminə Hacıyeva 36 saylı Xətai-Suraxanı Seçki Dairəsində üz-üzə gələcəklər.

Qüdrət Həsənquliyev: Rusiya ilə anlaşsaq bu, möhtəşəm olar Pravda.az

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinə namizəd olan Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun rəqibi YAP-çı Xaliq Hüseynovdur.

İlqar Məmmədov prezident seçkilərində qələbə münasibətilə İlham Əliyevi  təbrik edib

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə 33 saylı Xətai birinci Seçki Dairəsində YAP təmsilçisi Yengibar Əliyev və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc ilə mübarizə aparacaq.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Vətəndaş Həmrəyliyi Partiyasından 6-cı çağırış deputatları olan Fəzail İbrahimli 73 saylı Masallı – Cəlilabad Seçki Dairəsindən, Rafael Hüseynov isə 63 saylı Hacıqabul – Kürdəmir Seçki Dairəsindən namizədliyini irəli sürüb. Fəzail İbrahimli bu dairədə YAP-ın üzvü Aytən Əliyeva ilə, Rafael Hüseynov isə Aqil Aslanov ilə yarışacaq.

Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Milli İstiqlar Partiyasının yaradıcısı Etibar Məmədov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Müsavat Partiyasının başqanı İsa Qəmbər isə parlament seçkilərində iştirak etməyəcəklərini açıqlayıblar.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*