Yaponiya Müdafiə Nazirliyi Rusiyadan gələn təyyarənin hava məkanını pozduğunu iddia edirbackend

Yaponiya Müdafiə Nazirliyi Rusiyadan gələn təyyarənin hava məkanını pozduğunu iddia edir

Yaponiya Müdafiə Nazirliyi Rusiyanın mülki “An-26” təyyarəsinin bu gün ölkənin şimalındakı Hokkaydo adası yaxınlığında iki dəfə hava sahəsini pozduğuna dair açıqlama verib.

KONKRET.az bildirir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, Yaponiya Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə Rusiya tərəfini belə bir hadisənin təkrarlanmasının qarşısını almağa çağırıb, eyni zamanda hadisə ilə əlaqədar etirazını bildirib.

Agentliyin xəbərinə görə, eyni zamanda Yapon Hava Hücumundan Müdafiə Qüvvələrinin təyyarələri Rusiya təyyarələrini tutmaq üçün havaya qaldırılıb./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*