Yaponiya Rusiyaya genişmiqyaslı sanksiya tətbiq etdibackend

Yaponiya Rusiyaya genişmiqyaslı sanksiya tətbiq etdi

Yaponiya hökuməti cümə günü Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiq edildiyini açıqlayıb. Maraqlıdır ki, sanksiyalar Rusiyanın “paralel idxalı”nda iştirak edən erməni şirkətlərinə də təsir edib.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, sanksiya siyahısına Rusiya və Ermənistan da daxil olmaqla daha 5 ölkədən 135 nəfər, təşkilat və firma daxildir.

Yaponiya Xarici İşlər Nazirliyinin açıqladığı siyahıya müdafiə nazirinin müavini Tatyana Şevtsova, Ombudsman Tatyana Moskalkova, Moskva vilayətinin uşaq hüquqları üzrə müvəkkili Kseniya Mişonova və Rusiyanın digər 32 mülki və hərbi xadimi, həmçinin Rusiya hərbi sənayesinin 43 elmi-tədqiqat və istehsal şirkəti daxildir.

Bundan əlavə, Yaponiya Krımın ilhaqında və Donbassda müharibənin başlanmasında iştirak edən 16 nəfərə qarşı sanksiya tətbiq edib. Beləliklə, yalnız indi Malayziyaya məxsus “Boeinq”-in vurulması və 298 nəfərin ölümü ilə bağlı iki nəfər də Yaponiyanın sanksiyalar siyahısındadır. Həmin adamların adı siyahıda “Leonid Xarçenko (Köstəbək)” və “Sergey Dubinski (Xmurı)” kimi göstərilib. Fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar səyahət qadağası və aktivlərin dondurulmasından ibarətdir. Eyni zamanda Yaponiyanın İqtisadiyyat Nazirliyi Rusiya, Ermənistan, Belarus, Özbəkistan, Suriya və BƏƏ-dən ixrac məhdudiyyətlərinə məruz qalan 57 şirkətin siyahısını dərc edib. Bundan əlavə, Yaponiya hökuməti yanvarın 1-dən Rusiyadan qeyri-sənaye almazlarının idxalına da embarqo tətbiq edəcək.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*