“Yaralı şiri sağ buraxmaq olmaz” – Liberman yeni müharibənin tarixini AÇIQLADIbackend

“Yaralı şiri sağ buraxmaq olmaz" - Liberman yeni müharibənin tarixini AÇIQLADI

Liberman: “Yaralı şiri sağ buraxmaqdan daha təhlükəlisi yoxdur”

İsrailin sabiq müdafiə naziri Aviqdor Liberman İranla bağlı atəşkəsi tənqid edib.

Onun fikrincə, İsrail və MOSSAD-ın hərbi uğurlarına baxmayaraq, əldə edilən nəticə “acı və sərt final akkordu” olub.

KONKRET.az xəbər verir ki, Liberman bu barədə mətbuata verdiyi açıqlamada danışıb.

“İnanılmaz hərbi nailiyyətlər fonunda əldə olunan nəticə çox sərt və acıdır. Şərtsiz təslimiyyət əvəzinə, dünya indi mürəkkəb və yorucu danışıqlar mərhələsinə qədəm qoyub. Ayətullahlar rejimi isə geri çəkilməyə hazır deyil, nə uranın zənginləşdirilməsi, nə ballistik raketlərin istehsalı və təchizatı, nə də regionda və dünyada terrorizmin dəstəklənməsi sahəsində bunu edəcək,” – deyə Liberman bildirib.

O əlavə edib ki, müharibənin əvvəlində verdiyi xəbərdarlıq bu gün daha aktual səslənir:

“Yaralı şiri sağ buraxmaqdan daha təhlükəlisi yoxdur. Açıq və qəti bir razılaşma olmadan atəşkəs, iki-üç ildən sonra daha çətin şərtlərlə yeni müharibəyə yol açacaq.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*