Moskvada yaşayış binasında yanğın baş verib.
KONKRET.az xəbər verir ki, Moskvanın mərkəzində, Biblioteçnaya küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğında dörd və doqquz yaşlı iki uşaq ölüb.
Yanğın binanın 10-cu mərtəbəsində baş verib.
Yanğından 3 nəfər xilas edilib.
Azyaşlı oğlan və qız uşaqları isə xəstəxanaya aparılarkən yolda keçiniblər.