Yaşı 65-dən yuxarı olan 75 mindən çox vətəndaş peyvənd edilib – RƏSMİbackend

Yaşı 65-dən yuxarı olan 75 mindən çox vətəndaş peyvənd edilib - RƏSMİ

Azərbaycanda 65 yaşdan yuxarı 75 762 nəfərə birinci doz vaksin, 1312 nəfərə isə II doz vaksin vurulub.

Bu barədə KONKRET.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

O bildirib ki, 50-64 yaşlarında olan vətəndaşlardan 90 950 nəfərə I doz vaksin, 14 638 nəfərə II doz vaksin vurulub.

Fevralın 23-nə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş I doz, 35 mindən artıq vətəndaş isə II doz peyvəndi qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*