Son günlər Tik-Tok platformasında dini ayrı-seçkiliyi təbliğ edən “Çevik” ləqəbli blogerin həbsi gündəmin əsas mövzusuna çevrilib.
KONKRET.az xəbər verir ki, tanınmış yazıçı Kəramət Böyükçöl də bu mövzuya biganə qalmayaraq maraqlı fikirlər səsləndirib.
Əziz izləyicilər, bu və digər məlumatlardan xəbərdar olmaq üçün öncə kanalımıza abunə olun, videolarımızı bəyənib paylaşın ki, daha çox izləyiciyə çatsın.
Deməli, yazıçı Kəramət Böyükçölün sözlərinə görə, hökumət üçün sənin dindar, yoxsa ateist, Allaha inanan, yaxud inanmayan olmağın maraqlı deyil. Onun üçün maraqlı olan sabitlikdir. Hökumət dindara məsçid tikir ki, get ibadətini elə, ateistə də təqaüd, ev, maşın, fəxri ad verir ki, get kef elə. Lazım olanda ateistdən istifadə edir, lazım olanda dindarlardan. Hökumət Çeviki də həbs elədi, onu döyəni də. Niyə? Çeviki ona görə həbs elədi ki, sən əhalisinin böyük əksəriyyəti dindar olan bir ölkədə Allah yoxdur deyib qarşıdurma yaradırsan, camaatı qızışdırır və aqressivləşdirirsən. Çoxu da elə bilir sən hökumət layihəsisən. Çeviki döyəni də ona görə həbs elədi ki, heç kim çaşmasın.
Kəramət Böyükçölün bu fikirlərinə birə-bir qatılıram. Hesab edirəm ki, dövlət belə şəxslərə qarşı ölçü götürməklə digərlərinə də dərs verir, cəmiyyəti parçalamağa yönələn istənilən addımın cavabsız qalmayacağını göstərir.
@konkretazYazıçı Kəramət “Çevik”in həbsində hökuməti DƏSTƏKLƏDİ ♬ News that conveys tense information, etc.(1216671) – inakome
