Yəmən BƏƏ-yə vaxt qoydu: “Dərhal çıxın!”backend

Yəmən BƏƏ-yə vaxt qoydu: “Dərhal çıxın!”

Yəmən BƏƏ-nin bütün qüvvələrinin 24 saat ərzində ölkədən çıxarılmasını tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Əlimi danışıb.

O bildirib ki, ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə müdafiə müqaviləsini ləğv etmək qərarına gəlib.

“Qüvvələrin çıxarılması prosesi 24 saat ərzində başa çatmalıdır”, – deyə əlavə edilib.

Qeyd edək ki, dekabrın 30-da Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Mukalla limanındakı yüklərə hava hücumları həyata keçirib. Liman Hadramaut əyalətində yerləşir. Hədəf BƏƏ-dən respublikaya gələn iki gəmidən boşaldılmış silah və hərbi texnika olan konteynerlər olub. (globalinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*