Yəmən limanına zərbələr endirildibackend

Yəmən limanına zərbələr endirildi

Səudiyyə Ərəbistanı məhdud hərbi əməliyyat çərçivəsində çərşənbə axşamı səhər erkən saatlarda Yəmənin Hədraməvt əyalətindəki liman şəhəri Əl-Mükəllaya zərbələr endirib.

KONKRET.az SPA-ya istinadən xəbər verir ki, zərbələrin hədəfi Fuceyrədən (BƏƏ) gələn iki gəmi olub.

Koalisiyanın məlumatına görə, həmin gəmilər Cənub Keçid Şurasının (CKŞ) qüvvələrinə böyük partiya silah və hərbi texnika çatdırıb.

Hərbçilərin bəyanatında qeyd olunub ki, təhlükəsizlik və sabitliyə yaranan təhdid nəzərə alınaraq, koalisiyanın hərbi hava qüvvələri Əl-Mükəlla limanında həmin gəmilərdən boşaldılan silah və döyüş maşınlarına qarşı məhdud əməliyyat keçirib.

Səudiyyə hərbçiləri vurğulayıblar ki, hücum yan zərərləri istisna etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə gecə vaxtı həyata keçirilib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi birləşmiş koalisiya Hədraməvtdə məhdud hərbi əməliyyatın başladığını elan etmiş və mülki şəxsləri Əl-Mükəlla limanı ərazisindən təxliyə olunmağa çağırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*