Yəməndə 90 günlük fövqəladə vəziyyət elan edildibackend

Yəməndə 90 günlük fövqəladə vəziyyət elan edildi

Yəmən Prezident İdarə Heyətinin sədri Rəşad Məhəmməd əl-Əlimi ölkədə 90 günlük fövqəladə vəziyyət elan edib.

KONKRET.az xəbər verir ki, sənədin mətnini Yəmənin SABA agentliyi yayıb.

“Sərəncama əsasən, fövqəladə vəziyyət 2025-ci il dekabrın 30-dan qüvvəyə minir və 90 gün müddətinə, lazım gəldikdə isə uzadıla bilər,” – deyə sənəddə bildirilir.

Bu tədbirlər 2014-cü ildən davam edən dövlət çevrilişinə qarşı mübarizə məqsədilə, həmçinin Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Yəmənin şərq vilayətlərinə hərbi hücum əmri almış üsyançı qrupların qiyamı səbəbindən tətbiq olunub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*