Yəməndə partlayış olub, ölənlər və yaralılar varbackend

Yəməndə partlayış olub, ölənlər və yaralılar var

Yəmənin cənubundakı Əd-Daliyə şəhərində keçirilən hərbi məzunların paradı zamanı baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə şəhərə nəzarət edən “Təhlükəsizlik Kəməri Qüvvələri” hərbi birləşməsi “Twitter”də məlumat yayıb.

Qeyd olunub ki, partlayış həmin şəhərdə yerləşən stadionun tribunası önündə baş verib.

Hadisə yerinin yaxınlığında İran dəstəkli Husi qiyamçılarının 3 döyüşçüsünün saxlanıldığı bildirilir.

Partlayışın məsuliyyətini hələlik üzərinə götürən yoxdur.

Qeyd edək ki, son vaxtlar Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən “Təhllükəsizlik Kəməri Qüvvələri” Cənub Keçici Şuranın mühüm ünsürü olaraq İranın dəstəklədiyi Husi qiyamçılarına qarşı vuruşur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*