Yeni ildə bahar abu-havası: Novruzgülü çiçək açdı – FOTObackend

Yeni ildə bahar abu-havası: Novruzgülü çiçək açdı - FOTO

Türkiyənin Konya şəhərində “bahar müjdəçisi” olan novruzgülü çiçək açıb.

KONKRET.az xəbər verir ki, adətən mart ayının ortalarında, Novruz bayramı ərəfəsində çiçəklənən bu gülün ilin bu vaxtı çiçək açması insanların marağına səbəb olub.

Sakinlər bunu havanın isti keçməsi ilə əlaqələndirir. Onlar bildirir ki, ötən ilin bu vaxtı Konyada qarın qalınlığı dizə qədər çatırmış.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*