Xəbər verdiyimiz kimi, dünən Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bəzi KİV-lər yeni nazir Anar Əliyevin tanınmış ədəbiyyatşünas alimin oğlu olduğu haqda məlumat yayıblar.
Nazirin atası filologiya elmləri doktoru Rəhim Əliyev hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir.
KONKRET.az modern.az-a istinadən bildirir ki, Rəhim Əliyev əvvəllər başqa vəzifələrdə də çalışıb.
Belə ki, o, 1990-cı illərin əvvəllərində bir müddət Prezident Aparatında məsləhətçi vəzifəsini tutub.
Daha sonra – 1990-1991-ci illərdə Azərbaycan Televizia və Radio Verilişləri Şirkətində (AzTV) sədr müavini işləyib. Rəhim Əliyev vaxtilə mətbuatda Azərbaycanda 90-cı illər xalq hərəkatı dövründə ictimai-siyasi hadisələrin təhlilinə həsr olunmuş məqalələrlə də çıxış edib.