Yeni sistemdən yalnız bu müəllimlər yararlana biləcəklər — AÇIQLAMAbackend

Yeni sistemdən yalnız bu müəllimlər yararlana biləcəklər — AÇIQLAMA

“Nazirin son açıqlamasına əsasən, Azərbaycanda müəllim əməyinin qiymətləndirilməsində yeni mərhələ başlayır. Məqsəd müəllimlərin əməyini ədalətli və rəqabətə əsaslanan sistemlə qiymətləndirməkdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında “Master of Sciance” Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, hazırda bir çox müəllim yalnız dərs saatına görə maaş alır:

“Bu, onların fəaliyyətini məhdudlaşdırır və məktəb həyatından uzaqlaşdırır. Yeni model isə müəllimin ümumi fəaliyyətini, dərs demək, metodik hazırlıq, layihə və tədqiqat işlərini nəzərə alacaq.Bu, müəllim peşəsinin nüfuzunu artıracaq və dünya təcrübəsinə uyğun bir addımdır. Nazir bildirib ki, yeni sistem məcburi deyil, müəllimlər seçim azadlığına malik olacaqlar. Bu, keçid dövrünü asanlaşdıracaq və peşəkarlığın artması üçün stimul yaradacaq”.

Ekspert deyib ki, yeni modeldə yalnız sertifikasiyada yüksək nəticə göstərən müəllimlər iştirak edə biləcək:

“Kim daha bacarıqlıdırsa, o daha yüksək maaş və şərait qazanacaq.Hazırda hər dörd müəllimdən biri cəmi 13 saat dərs deyir ki, bu da resursların səmərəsiz istifadəsinə səbəb olur. Yeni sistemdə 18–24 saatlıq dərs yükü müəllimə sabit gəlir, məktəblərə isə daha səmərəli planlaşdırma imkanı yaradacaq.

Bu yanaşma Finlandiya və Estoniya kimi ölkələrin təcrübəsinə uyğundur. Orada müəllim dərs deməklə yanaşı, öz inkişafına və şagirdlərlə əlavə fəaliyyətlərə də vaxt ayırır.

Düzgün tətbiq edilərsə, bu sistem müəllimlərin motivasiyasını və sosial sabitliyini artıracaq, təhsildə keyfiyyət dəyişikliyi yaradacaq. Müəllimlik sadəcə iş yeri deyil, peşəkar karyera yoluna çevriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*