Ukrayna NATO-ya üzvlüklə bağlı konstitusiyadan irəli gələn öhdəliyindən imtina etməyəcək.
KONKRET.az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ-nin “Axios” portalına müsahibəsində bildirib.
“Ukrayna gələcəkdə NATO-ya doğru irəliləməklə bağlı konstitusion öhdəliyindən imtina etməyəcək, lakin hazırda biz reallıqda yaşayırıq. Biz NATO-da deyilik”, – deyə o vurğulayıb.
Bundan əlavə, Yermak Donald Trampın Ukraynada müharibəni bitirmək üçün hazırladığı 28 bəndlik sülh planının qəbuledilməz olduğunu, lakin artıq keçmişdə qaldığını qeyd edib.
ABŞ-nin ilkin planı Kiyevin alyansa üzvlüyü və NATO qoşunlarının ərazidə mövcudluğunu istisna edir, bunun müqabilində təhlükəsizlik zəmanətləri almasını nəzərdə tuturdu.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün Vaşinqton tərəfindən təklif olunan ilkin sülh planı 28 bənddən ibarət idi. Layihəyə əsasən, Ukrayna Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımalı, NATO-ya üzvlük kursundan imtina etməli, Moskva isə sanksiyaların qismən götürülməsi və “Böyük səkkizlik” (G8) formatına qayıtmaq imkanı əldə etməli idi.
Sonradan Ukrayna tərəfi ilə aparılan danışıqlar zamanı sülh planı əhəmiyyətli dərəcədə dəyişdirilib və Kiyevin maraqları nəzərə alınaraq 19 bəndə qədər azaldılıb.

bu terrorçu türk dövleti bakıdakı xainlə gizli qətl törədir mədə yarasın qısa müddetdə ləğv etsə də ürək üçün ən zərərli bu dərmanı ərzaglara əlavə etdirir və bu kütləvi ölümlərlə neticələnir Sirab slavianka suyuna konservlərə sosislərə və bəzi dərmanlara zəif zəhərləyici əlavə elənir Etin qiymeti qəsdən artırılırkı gücsüzlər yaşlılar tez ölür Xaricdən zərərli yag gətizdirən elə hiylədən istifadə edir kənardan dürüst görünür sübutlar var və gizlədirəm bəzi səbəbdən e