Yermakın, “Ukraynada müharibə bu tarixdə bitəcək” açıqlamasının PƏRDƏARXASI: Zelenskinin ən yaxın adamı nəyə işarə edib?backend

Yermakın, "Ukraynada müharibə bu tarixdə bitəcək" açıqlamasının PƏRDƏARXASI: Zelenskinin ən yaxın adamı nəyə işarə edib?

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın açıqlaması beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. O bildirib ki, hazırda dünya ictimaiyyətinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün unikal bir imkanı yaranıb. Maraqlıdır, bu, nə dərəcədə realdır?.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Taleh Əliyev isə bu fikirlərin reallıqdan uzaq olduğunu bildirib.

Sinan Oğan Ərdoğanı niyə seçdi?

“Rusiya ilə Ukrayna arasında davam edən müharibənin bu həftənin sonuna qədər bitəcəyi inandırıcı görünmür. Hətta ilin sonuna qədər də belə bir perspektiv yoxdur. Bəlkə də Ukrayna tərəfi Trampın Rusiyaya verdiyi müddətin başa çatmasına işarə edir. Amma bu müddətin bitməsi müharibənin dayandırılmasından daha çox, yeni bir mərhələyə, daha kəskin və şiddətli fazaya keçid demək ola bilər”.
Taleh Əliyev əlavə edib ki, Rusiya-Ukrayna cəbhəsində müharibənin yaxın zamanlarda yekunlaşacağı ilə bağlı nikbin proqnozlar vermək hələ tezdir:

“Hərbi sahədə və diplomatik münasibətlərdəki real mənzərə göstərir ki, tərəflər hələ də öz məqsədlərinə çatmaqdan çox uzaqdadır. Bu səbəbdən müharibənin dayandırılması ilə bağlı ümidlər hələlik real deyil”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*