Yevlaxda karantin rejimini pozan kafe aşkarlandı – VİDEObackend

Yevlaxda karantin rejimini pozan kafe aşkarlandı - VİDEO

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərini pozan kafe aşkarlanıb.

KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən kafe aşkar edilib.

Kafedə olanlardan dörd nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub. Kafenin sahibi Şahin Məmmmədov barəsində isə protokollar tərtib edilərək baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*