Yük maşını motosikletlə toqquşdu: ölən varbackend

Yük maşını motosikletlə toqquşdu: ölən var

Oğuzda yük maşını motosikletlə toqquşub.

KONKRET.az xəbər verir ki, mayın 13-də saat 10 radələrində Oğuz rayonu ərazisində 1999-cu il təvəllüdlü Elsevər Məmmədlinin idarə etdiyi “Ford” və 1961-ci il təvəllüdlü Vidadi Qarayevin idarə etdiyi motosiklet toqquşub.

Nəticədə V.Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*